Bank Of Baku

Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan əsgərlərin məhkəməsi başlayıb

Erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan əsgərlərin məhkəməsi başlayıb
# 23 iyul 2008 15:33 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Şirvan Apellyasiya Məhkəməsində hakim Əhməd Nurməmmədovun sədrliyi ilə erməni xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunan Müdafiə Nazirliyinin Füzuli rayonu ərazisində yerləşən “N” saylı hərbi hissəsinin beş əsgərinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb. Bu barədə APA-ya məhkəmədən məlumat verilib. Məlumata görə, prosesdə təqsirləndirilən şəxslərin vəkilləri çıxış ediblər. Vəkillər birinci məhkəmə instansiyasının hökmündən narazı qaldıqlarını və müdafiə etdikləri şəxslərə daha yüngül cəzanın verilməsini xahiş ediblər. Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək. Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər Üzrə Hərbi Məhkəmənin hökmü ilə Seyran İsmiyev və Mübariz Şıxəliyev 14 il, Nofəl Babayev, Saməddin Quliyev, Famil Ağayev isə 13 il müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 338.1-ci (döyüş növbəsi çəkmə qaydalarını pozma) maddələri ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR