Bank Of Baku

Şahbuzda baş verən qasırğa zamanı itkin düşən rayon sakininin cəsədi tapılıb

Şahbuzda baş verən qasırğa zamanı itkin düşən rayon sakininin cəsədi tapılıb
# 24 iyul 2008 07:20 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu-APA. Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonu ərazisində baş verən güclü qasırğa zamanı itkin düşən rayonun Külüs kənd sakini, 1958-ci il təvəllüdlü Quliyev Yavər Səməd oğlunun meyiti tapılıb. MR Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-nın Naxçıvan bürosuna verilən məlumat görə, mərhumun cəsədi səhər saatlarında Babək rayonunun Vayxır gölündə aşkarlanıb.
Qeyd edək ki, iyulun 22-də axşam saatlarında Külüs kəndində güclü qasırğa baş verib, kənd məktəbində fizika müəllimi işləyən Y. Quliyevi sel aparıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR