Bank Of Baku

Bu ilin birinci yarısında Azərbaycanda 68 avtomobil oğurlanıb

Bu ilin birinci yarısında Azərbaycanda 68 avtomobil oğurlanıb
# 24 iyul 2008 08:02 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. 2008-ci ilin 1-ci yarımilliyində Azərbaycanda 68 avtomobil oğurlanıb. Bu barədə APA-ya Dövlət Yol Polisi İdarəsindən məlumat verilib. Oğurlanan avtomobillərdən 61-i tapılıb, 7 avtomobilin tapılması istiqamətində araşdırmalar aparılır. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 92 avtomobil, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 245 fakt aşkarlanıb və toplanmış materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR