Bank Of Baku

Dövlət Gömrük Komitəsi: Rusiyadan İrana göndərilən yükün Azərbaycan gömrükçüləri tərəfindən saxlanması barədə məlumat əsassızdır

Dövlət Gömrük Komitəsi: Rusiyadan İrana göndərilən yükün Azərbaycan gömrükçüləri tərəfindən saxlanması barədə məlumat əsassızdır
# 24 iyul 2008 08:06 (UTC +04:00)
DGK-dan komitə sədri Aydın Əliyevin yükün saxlanması barədə hər hansı mətbuat orqanına açıqlama verməsi barədə məlumatı da təkzib ediblər. “Atomstroyeksport” şirkətindən də yükün saxlanması barədə məlumatı təsdiqləməyiblər.
Qeyd edək ki, Azərbaycan gömrükçülərinin Rusiyanın “Atomstroyeksport” şirkətinin İranın “Buşəhr” AES üçün göndərdiyi yükü növbəti dəfə saxlaması barədə xəbəri “Qovorit Moskva” radiosu Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevə istinadən yayıb. Xəbərdə bildirilir ki, gömrükçülər bu addımı yükün kodunu yoxlamaq zərurəti yarandığından atıblar. Lakin yükün hansı ərazidə saxlandığı açıqlanmır. Sənədlərə görə, saxlanmış maşında 10 ton miqdarında 171 min dollarlıq izolyasiya materialları var.
Qeyd edək ki, bir müddət əvvəl “Atomstroyeksport” şirkətinin “Buşəhr” AES üçün göndərdiyi yük Azərbaycan-İran sərhədində - Astara gömrük-keçid məntəqəsində saxlanılıb. Yük yalnız lazımi sənədlər təqdim olunduqdan sonra buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR