Bank Of Baku

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 24 iyul 2008 09:30 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynalov - APA. Hacıqabulda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hacıqabul rayon Polis Şöbəsinin müstəntiqi Bəxtiyar Qurbanovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, hadisə bu gün saat 08.20 radələrində Hacıqabul rayonu ərazisində, Bakı-Qazax yolunun 115,9-cu kilometrliyində yerləşən körpüdə qeydə alınıb. Bakı şəhərində məskunlaşmış Ağdam sakini, 1971-ci il təvəllüdlü Əzimov Mübariz Sevindik oğlunun idarə etdiyi 90 CX 674 dövlət nömrə nişanlı, “Mercedes 190” markalı avtomaşınla Salyan rayonu Şatrovka kənd sakini, 1951-ci il təvəllüdlü Tomarova Solmaz Ağabala qızını vurub. Nəticədə S. Tomarova hadisə yerində keçinib. Faktla bağlı tədqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR