Bank Of Baku

Qax rayonunda qardaş qardaşını bıçaqlayıb

Qax rayonunda qardaş qardaşını bıçaqlayıb
# 24 iyul 2008 10:11 (UTC +04:00)
Qax. Hafiz Heydərov-APA. Bu gecə Qax rayonunda ailə münaqişəsi zəminində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Ləkit kənd sakini Fərman Hacı oğlu Maqsudov qardaşı, 46 yaşlı Telman Maqsudovu bıçaqlayıb. Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən zərərçəkənin vəziyyəti normaldır. İlkin araşdırmalar zamanı məlum olub ki, F. Maqsudov uzun illər Rusiyada yaşayıb və orada qazandığı pulları ailəsinə yollayıb. Rusiyadan qayıdan F. Maqsudov yolladığı pulları qardaşının mənimsədiyini öyrənib və onu bıçaqlayıb. F. Maqsudov saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR