Bank Of Baku

Azərbaycanda iki yaxın qohumunu qətlə yetirməkdə təqsirləndirilən Füzuli sakininin məhkəməsi başlayıb

Azərbaycanda iki yaxın qohumunu qətlə yetirməkdə təqsirləndirilən Füzuli sakininin məhkəməsi başlayıb
# 24 iyul 2008 11:15 (UTC +04:00)
Bakı. Hacı Zeynalov-APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ramella Allahverdiyevanın sədrliyi ilə Beyləqan rayonunda iki nəfəri qətlə yetirməkdə, beş nəfəri isə ağır yaralamaqda təqsirləndirilən Füzuli rayonun Kürdmahmudlu kənd sakini, 1970-ci il təvəllüdlü Zaur Həziyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. APA-nın məlumatına görə, prosesdə zərərçəkmiş tərəfin nümayəndəsi Səxavət Şahbuzov təqsirləndirilən şəxsin zərərçəkmişlərə dəymiş maddi və mənəvi zərərə görə 65 min manat təzminat ödəməyə məhkum edilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin edilib, məhkəmə baxışı avqustun 1-ə təyin olunub.
Qeyd edək ki, Z. Həziyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cü (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə ittiham olunur. İttihama görə, tarix müəllimi işləyən Z. Həziyev 2007-ci ilin avqustun 15-də qayınatası Cavanşir Zeynalovu, qaynı Fədai Zeynalovu qətlə yetirib, baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Zeynalova, Aygün Mirzəyev və Xətai Mirzəyevi isə yaralayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR