Bank Of Baku

Narkotik vasitələrin alverində təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub

Narkotik vasitələrin alverində təqsirli bilinən mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub
# 24 iyul 2008 12:01 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə narkotik vasitələrin alverində təqsirli bilinən Bərdə rayon sakinlərindən ibarət mütəşəkkil dəstənin üzvlərinə hökm oxunub.
APA-nın məlumatına görə, hakim Mehdi Əsədovun sədrliyi ilə keçirilən məhkəmənin hökmü ilə 1-ci qrup əlil Ramil Musayev 7 il, Gündüz Abışov 9 il, Elnur Bəhrəmov 5 il, Əmrah Rüstəmov isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 234.1-ci (qanunsuz olaraq narkotik vasitələr hazırlama, əldə etmə, saxlama, satma, daşıma, göndərmə) maddəsi ilə təqsirli biliniblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR