Bank Of Baku

Ukraynada iki azərbaycanlı bir-birini öldürüb

Ukraynada iki azərbaycanlı bir-birini öldürüb
# 24 iyul 2008 13:16 (UTC +04:00)
Bakı. Turan Hüseynova - APA. Ukraynanın Dnepropetrovsk şəhərində qətl hadisəsi baş verib.
APA-nın Ukrayna saytlarına istinadən verdiyi məlumata görə, Sabir adlı 37 yaşlı və Məmməd adlı 25 yaşlı Azərbaycan vətəndaşları bir-birinə bıçaq zərbələri endiriblər. Hər iki şəxs aldığı xəsarətlər nəticəsində dünyasını dəyişib. Dnepropetrovsk polisindən hadisənin qısqanclıq zəminində baş verdiyini bildiriblər.
Qeyd edək ki, Azərbaycan vətəndaşları Ukraynaya qonaq qismində gediblərmiş.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR