Bank Of Baku

Sabiq prokurorun uşaq alverində təqsirləndirilən qızı məhkəmədə özünü qismən təqsirli bilib

Sabiq prokurorun uşaq alverində təqsirləndirilən qızı məhkəmədə özünü qismən təqsirli bilib
# 24 iyul 2008 14:03 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Ənvər Seyidovun sədrliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzin həkimi, Salyan rayonunun sabiq prokuroru Sərdar İsrafilovun qızı Təranə İsrafilova və həmin mərkəzin tibb bacısı Səxavət İbrahimovanın məhkəməsi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs qismində T. İsrafilova və S. İbrahimova ifadə veriblər. Onlar ittiham üzrə özlərini qismən təqsirli biliblər. Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə ittiham olunan təqsirləndirilən şəxslər bir qrup şəxslə cinayət əlaqəsinə girərək yeni doğulmuş uşağı Pakistanda yaşayan Tovuz rayon sakini Hicran Əsgərovaya 2000 dollara satdıqları üçün tutulublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR