Bank Of Baku

Azərbaycan Ordusunun iki əsgəri çayda çimərkən boğulub

Azərbaycan Ordusunun iki əsgəri çayda çimərkən boğulub
# 24 iyul 2008 15:05 (UTC +04:00)
Füzuli. Teymur Zahidoğlu – APA. Azərbaycan Ordusunun iki əsgəri Füzuli rayonu ərazisində çayda çimərkən boğulub. APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə iyulun 23-də günorta saatlarında baş verib. Füzulidəki “N” saylı hərbi hissədə xidmət edən Milli Ordunun əsgərləri – Bərdə rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan 1986-cı il təvəllüdlü Cabir Ramiz oğlu Yusifov və Şəmkir rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Pərvin Sumbat oğlu Quliyev çayda boğulublar. Əsgərlərin meyitləri artıq ailələrinə təhvil verilib. Mərhum əsgərlərin hərbi xidmətə yeni çağırıldıqları və kursant olduqları bildirilir. Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR