Bank Of Baku

YAP-ın rayon (şəhər) təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib

YAP-ın rayon (şəhər) təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib
# 24 iyul 2008 15:36 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Prezident seçkilərinə hazırlıqla bağlı bu gün Yeni Azərbaycan Partiyasının (YAP) rayon (şəhər) təşkilat sədrlərinin ümumrespublika müşavirəsi keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, müşavirədə YAP-ın sədr müavini, icra katibi Əli Əhmədov seçkilərə hazırlıqla əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələr barədə danışıb. O, partiyanın rayon (şəhər) təşkilatlarında konfransların başa çatdığını, avqust ayının əvvəllərində qurultayın keçirilməsinin nəzərdə tutduğunu qeyd edib. Ə. Əhmədov partiyanın IV qurultayında YAP sədri İlham Əliyevin prezident seçkilərində namizədliyinin irəli sürüləcəyini deyib. Sədr müavini qarşıdan gələn prezident seçkilərinə YAP-ın yüksək səviyyədə hazırlaşdığını, partiyanın seçki kampaniyasını qələbə ilə başa çatdırmaq əzmində olduğunu vurğulayıb: “Xalq reallığı görür və düzgün qiymətləndirir. Reallıq budur ki, İlham Əliyev alternativsiz namizəddir”. Müşavirədə seçkilərin demokratik, azad, ədalətli və beynəlxalq standartlara uyğun keçirilməsi üçün hər cür şəraitin yaradıldığı qeyd edilib, partiyanın şəhər (rayon) təşkilatlarının seçki kampaniyasının aparılması ilə əlaqədar həyata keçirməli olduqları vəzifələr müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR