Bank Of Baku

Azərbaycan Ordusunun əsgəri çayda boğulub

Azərbaycan Ordusunun əsgəri çayda boğulub
# 25 iyul 2008 08:05 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Azərbaycan Ordusunun əsgəri çayda çimərkən boğulub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Zaqatala rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edən Bakı şəhər sakini, 1990-cı il təvəllüdlü İslam Məhəmməd oğlu Mustafayev Alazan çayında çimərkən burulğana düşüb. İ. Mustafayevin çayda boğulan digər əsgər yoldaşını xilas etmək istəyərkən burulğana düşdüyü bildirilir. Aparılan axtarış tədbirləri nəticəsində əsgərin meyiti sudan çıxarılıb və ailəsinə təhvil verilib.
Qeyd edək ki, İ. Mustafayev 2008-ci ildə Bakı şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR