Bank Of Baku

Azərbaycanın Qobustan rayonunda 73 yaşlı kişi qətl törədib

Azərbaycanın Qobustan rayonunda 73 yaşlı kişi qətl törədib
# 25 iyul 2008 08:18 (UTC +04:00)
Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) rəisi Şahin Bəbirovun APA-ya verdiyi məlumata görə, hadisə rayonun Təklə-Mirzəbaba kəndində qeydə alınıb. Kənd sakini, 1935-ci il təvəllüdlü Ömürxan Rzaxan oğlu Qurbanov şəxsi münaqişə zəminində həmkəndlisi, 1947-ci il təvəllüdlü İsfəndiyar İsgəndər oğlu Şıxəliyevi bıçaqlayaraq hadisə yerindən qaçıb. Bədəninin müxtəlif nahiyələrindən 10 bıçaq zərbəsi alan İ. Şıxəliyev hadisə yerində keçinib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Ö. Qurbanov yaxalanıb və o, törətdiyi cinayəti etiraf edib. Faktla bağlı Qobustan RPŞ-də CM-nin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb və araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR