Bank Of Baku

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 25 iyul 2008 08:42 (UTC +04:00)
Xaçmaz, Siyəzən. Solmaz Mehdiyeva – APA. Xaçmaz rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon Polis Şöbəsinin Xudat polis bölməsindən APA-nın şimal bürosuna verilən məlumata görə, Xudat-Nabran yolunun 17-ci km-də 22 yaşlı İbrahim Quluzadənin idarə etdiyi “VAZ 2106” markalı avtomobil 25 yaşlı Ruslan Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub. Nəticədə “VAZ 2106”-ın sərnişini Emin Cəfərov aldığı xəsarətdən hadisə yerində keçinib, sürücüsü isə ağır yaralanıb. Daha bir qəza Bakı-Quba yolunun 116-cı km-də, Siyəzən rayonu ərazisində qeydə alınıb. Səməndər Şəmsəddin oğlu Musayev və Seyran Əziz oğlu Bədəlovun idarə etdikləri iki “VAZ 2106” markalı maşın toqquşub. Nəticədə sərnişinlərdən Rəna Hacıyeva ağır yaralanıb. Hər iki faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR