Bank Of Baku

ATƏT-ə üzv olan bəzi ölkələr qurumun seçkiləri müşahidə missiyalarını ikili standartlara yol verməkdə günahlandırır

ATƏT-ə üzv olan bəzi ölkələr qurumun seçkiləri müşahidə missiyalarını ikili standartlara yol verməkdə günahlandırır
# 25 iyul 2008 11:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ATƏT-in təşkilatçılığı ilə Vyanada quruma üzv dövlətlərin hökumət və seçki qurumlarının təmsilçilərinin iştirakı ilə seminar keçirilib. Seminarda iştirak edən Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımovun APA-ya verdiyi məlumata görə, toplantı seçki məsələlərinə və ATƏT-in müşahidə missiyalarının fəaliyyətinə həsr olunub. Seminarda quruma üzv olan bəzi dövlətlərin təmsilçiləri müşahidə missiyaları ilə bağlı bəzi məsələlərin dəyişdirilməsini təklif edib. Həmçinin ATƏT-in müşahidə missiyasının bəzən ikili standartlarla çıxış etdiyi, eyni hadisəyə bir ölkədə bir, başqa ölkədə isə fərqli reaksiya verdiyi ayrı-ayrı iştirakçılar tərəfindən diqqətə çatdırılıb. Seminarda ATƏT Parlament Assambleyası, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun nümayəndələri də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR