Bank Of Baku

Bu ilin birinci yarısında Azərbaycanda İnterpol vasitəsilə axtarışda olan 31 nəfər tutulub

Bu ilin birinci yarısında Azərbaycanda İnterpol vasitəsilə axtarışda olan 31 nəfər tutulub
# 25 iyul 2008 12:22 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə iyulun 25-də Daxili İşlər Nazirliyində keçirilən altı ayın yekunlarına həsr olunan kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib. Onun sözlərinə görə, bu müddətdə qəsdən adam öldürmə, quldurluq, soyğunçuluq və digər xüsusilə ağır cinayətlərin sayı təxminən üç dəfə azalıb, axtarışda olan 73 minə yaxın təqsirləndirilən şəxs tutulub, qanunsuz dövriyyədən 4 tondan çox narkotik vasitə çıxarılıb. Nazir müavini bildirib ki, bu ilin birinci yarısında ölkədə 10338 cinayət hadisəsi qeydə alınıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin altı ayında qeydə alınan cinayətlərdən qəsdən adamöldürmə və sui-qəsd, qəsdən sağlamlığa ağır zərər vurma, odlu silahın tətbiqi ilə törədilən cinayətlər, oğurluq, ölümlə nəticələrin yol-nəqliyyat hadisələrinin sayı xeyli azalıb. Bu müddətdə girov götürmə və adam oğurluğu cinayətləri qeydə alınmayıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyədən çıxarılması 192, insan alveri ilə bağlı 106, o cümlədən 8 qəsdən adamöldürmə, 31 oğurluq, 5 quldurluq, 2 soyğunçuluq və s. cinayətlər açılıb. Bu ilin birinci yarısında ötən illərdən bağlı qalmış 175 cinayətin açılması təmin edilib: “Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağır və xüsusi ağır cinayətlər törətmiş 401 nəfəri birləşdirən 138, o cümlədən 46 nəfərdən ibarət 10 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib. Cinayət törətdiyinə görə axtarışda olan 1530, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənən 64, dövlət hakimiyyəti əleyhinə olan cinayətlərə görə isə 3 nəfər tutulub. Bu müddətdə Azərbaycanda İnterpol vasitəsilə axtarışda olan 31 nəfər tutulub, 16 nəfərin isə yeri müəyyənləşdirilib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR