Bank Of Baku

Avqustun 1-də gözlənilən Günəş tutulması Azərbaycanda qismən müşahidə olunacaq

Avqustun 1-də gözlənilən Günəş tutulması Azərbaycanda qismən müşahidə olunacaq
# 25 iyul 2008 12:53 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Avqustun 1-də gözlənilən Günəş tutulması Azərbaycanda qismən müşahidə olunacaq. Bu təbiət hadisəsini, əsasən Rusiya ərazisində, daha çox isə İrkutsk vilayətində müşahidə etmək mümkün olacaq. Yerdə hər hansı regionun payına düşən belə gün tutulması orta hesabla 30 ildən bir baş verir”. Bunu APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru Əyyub Quliyev deyib. O, Azərbaycan elmi ekspedisiyasının budəfəki Günəş tutulmasını müşahidə etməyəcəyini bildirib: “Bizim ekspedisiya iki il əvvəl Günəş tutulmasını Türkiyənin Antalya şəhərində müşahidə edib. İldə iki dəfə qismən Günəş və Ay tutulması baş verir, biz onlara nadir təbiət hadisəsi kimi baxmırıq. Amma tam tutulmalar ciddi hadisələr sayılır və nadir hallarda baş verir”. Yaxın illərdə Azərbaycanda tam Günəş tutulmasının gözlənilmədiyini deyən Ə. Quliyev belə hadisələrin Yerə və insanlara mənfi təsiri ilə bağlı elmi məlumatın olmadığını vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR