Bank Of Baku

Vəkilləri Makedoniya vətəndaşı olan “Bakcell”in əməkdaşına bəraət istəyiblər

Vəkilləri Makedoniya vətəndaşı olan “Bakcell”in əməkdaşına bəraət istəyiblər
# 25 iyul 2008 14:03 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə külli miqdarda rüşvət almaqda təqsirləndirilən “Bakcell” şirkətinin meneceri, Makedoniya vətəndaşı Saşko Todorovskinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam etdirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, prosesdə çıxış edən S. Todorovskinin vəkilləri Samir İsayev və Xanlar Həsənov müdafiə etdikləri şəxs barəsində bəraət hökmünün çıxarılmasını istəyiblər. Dövlət ittihamçısı Rahil İsmayılov çıxışı hazırlamaq üçün vaxt istəyib, proses iyulun 29-dək təxirə salınıb.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda törədilməklə rüşvət alma) maddəsi ilə ittiham olunan S. Todorovski apellyasiya şikayətində sözügedən maddənin 312.1-ci (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə) maddəsi ilə tövsif olunmasını istəyib. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR