Bank Of Baku

Bu ilin altı ayında Azərbaycanda ictimai mənəviyyat əleyhinə olan 195 fakt aşkarlanıb, 62 nəfər məsuliyyətə cəlb olunub

Bu ilin altı ayında Azərbaycanda ictimai mənəviyyat əleyhinə olan 195 fakt aşkarlanıb, 62 nəfər məsuliyyətə cəlb olunub
# 25 iyul 2008 14:28 (UTC +04:00)
Bakı. Hacı Zeynalov – APA. Bu ilin altı ayı ərzində qanunsuz dövriyyədən 340 kq narkotik vasitə götürülüb. Qaçaqmalçılıq yolu ilə ölkəyə 61,3 kq narkotik vasitənin gətirilməsinin qarşı alınıb. APA-nın məlumatına görə, bu barədə iyulun 25-də Daxili İşlər Nazirliyində (DİN) keçirilən kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib. Nazir müavini deyib ki, bu müddətdə ümumi çəkisi 149 ton olan narkotik tərkibli yaşıl bitki yığılaraq məhv edilib. Onun sözlərinə görə, 6 ay ərzində ölkədə insan alveri ilə bağlı 244 fakt aşkarlanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 106 fakt çoxdur. İnsan alveri ilə bağlı 25 cinayətkar qrup zərərsizləşdirilib, 218 nəfər məsuliyyətə cəlb edilib. Bu cinayətlərin qurbanı olan 106 şəxs müəyyənləşdirilib, ictimai mənəviyyat əleyhinə olan 195 fakt aşkarlanıb və 62 nəfər məsuliyyətə cəlb olunub: “Hesabat dövründə ölkədə müvafiq icazəsi və ya qeydiyyatı, habelə yaşamaq hüququ verən sənədləri olmayan 101 əcnəbi saxlanılıb. Respublika üzrə 147642 nəfər ümumvətəndaş pasportu, 332767 nəfər isə şəxsiyyət vəsiqəsi ilə təmin olunub, dövlət büdcəsinə 7 milyondan çox rüsum ödənilib”. V. Eyvazov deyib ki, bu müddətdə nazirliyin rəhbərliyi tərəfindən respublikanın ayrı-ayrı bölgələrində 223 vətəndaş qəbul edilib. Onların qaldırdıqları məsələlərin əksəriyyəti yerində həll olunub, əlavə yoxlama tələb edən ərizələr nəzarətə götürülərək araşdırılıb və nəticələri barədə təşəbbüskarla yazılı cavablar verilib. Nazirliyə daxil olan 13501 müraciətdən 1422-si nəzarətə götürülüb, 564-ü DİN-in səlahiyyətinə aid olmadığı üçün aidiyyəti üzrə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR