Bank Of Baku

Bu ilin birinci yarısında Azərbaycanda 21 polis əməkdaşı haqqında intizam tədbirləri görülüb

Bu ilin birinci yarısında Azərbaycanda 21 polis əməkdaşı haqqında intizam tədbirləri görülüb
# 25 iyul 2008 15:08 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə iyulun 25-də Daxili İşlər Nazirliyində keçirilən kollegiya iclasında daxili işlər nazirinin müavini Vilayət Eyvazov bildirib. Nazir müavini deyib ki, bəzi polis əməkdaşlarının kriminogen duruma mənfi təsir göstərən amillərin qarşısının alınması üçün lazımi tədbir görməməsi nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə bu ilin 6 ayında oğurluq cinayəti 41, quldurluq cinayəti 38, avtomobil nəqliyyat vasitələrinin qaçırılması hadisəsi isə 35 fakt artıb. Hesabat dövründə qəsdən adamöldürmə hadisələri, əsasən Xətai, Nəsimi, Sabunçu, Abşeron, Dəvəçi, Cəlilabad, quldurluq hadisələri Əzizbəyov, Nərimanov, Nəsimi, Nizami, Səbayel, Abşeron, Qusar, Şəmkir, Binəqədi, Sabunçu, Yasamal Sumqayıt, oğurluqlar Nəsimi, Xətai, Xaçmaz, Xətai, Nərimanov, Yasamal, Suraxanı, Əzizbəyov rayonlarında artıb. Bu müddətdə Bakı Metropolitenində törədilən oğurluq hadisələrinin üstü açılmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR