Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda icra nümayəndəsi yol qəzasına düşüb

Azərbaycanın Lənkəran rayonunda icra nümayəndəsi yol qəzasına düşüb
# 26 iyul 2008 07:13 (UTC +04:00)
Lənkəran Şəhər Polis Şöbəsindən (ŞPŞ) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Separadi kənd sakini, 1968-ci il təvəllüdlü Natiq Gülhəsən oğlu Əzimovun idarə etdiyi “KamAZ” markalı, 42 BK 968 dövlət nömrə nişanlı yük avtomobili Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının Veravul kənd ərazi vahidliyi üzrə nümayəndəsi Etibar Rəsul oğlu Rəsulovun idarə etdiyi QAZ-31 markalı, 10 TE 831 dövlət nömrə nişanlı avtomobillə toqquşub. Nəticədə E. Rəsulov müxtəlif bədən xəsarətləri alıb. O, Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdirilib.
Faktla bağlı Lənkəran ŞPŞ-də araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR