Bank Of Baku

Azərbaycanın Şəki rayonunda toyuq qeyri-adi yumurta yumurtlayıb

Azərbaycanın Şəki rayonunda toyuq qeyri-adi yumurta yumurtlayıb
# 26 iyul 2008 10:00 (UTC +04:00)
Şəki. Hafiz Heydərov - APA. Azərbaycanın Şəki rayonunda maraqlı hadisə baş verib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, rayon sakini Sevil Rəsulovanın şəxsi təsərrüfatında olan toyuq qeyri-adi yumurta yumurtlayıb. S. Rəsulovanın sözlərinə görə, hindən yumurta götürmək istəyərkən yumurtalardan birinin üz qabığının zədələndiyini görüb. Ev sahibi zədələnmiş hissədən baxanda yumurtanın içərisində başqa bir yumurtanın da olduğunu görəndə gözlərinə inanmayıb. S. Rəsulovanın sözlərinə görə, hər iki yumurta sağlam və mayası yerində olub. S. Rəsulova və hadisənin digər şahidləri belə halla ilə ilk dəfədir, rastlaşdıqlarını bildiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR