Bank Of Baku

Azərbaycanın şimal bölgəsində güclü isti külək əsib

Azərbaycanın şimal bölgəsində güclü isti külək əsib
# 28 iyul 2008 07:11 (UTC +04:00)
Xaçmaz. Solmaz Mehdiyeva – APA. İyulun 28-də saat 01.00 radələrində Quba-Xaçmaz bölgəsində şiddətli külək əsib. Bir saatadək davam edən isti külək Xaçmazda daha güclü olub. APA-nın şimal bürosunun məlumatına görə, bəzi yaşayış məntəqələrində elektrik naqillərinin baş verən qısaqapanma nəticəsində işıqlar sönüb, bəzi ərazilərə enerjinin verilməsi müvəqqəti olaraq dayandırılıb. İsti külək tədricən nisbətən soyuq şimal küləyi ilə əvəz olunub. Məlumatlara görə, güclü külək bağçılıq təsərrüfatlarına ziyan vurub, şaftalı, alma, gavalı, armud və başqa ağacların meyvələrini töküb. Dağıntı haqqında məlumat yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR