Bank Of Baku

Lənkəranda bağ verən yanğın nəticəsində 83 yaşlı qadın xəsarət alıb

Lənkəranda bağ verən yanğın nəticəsində 83 yaşlı qadın xəsarət alıb
# 28 iyul 2008 07:45 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda yanğın hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin Lənkərandakı Dövlət Yanğından Mühafizə Xidmətindən (DYMX) APA-nın cənub bürosuna verilən məlumata görə, rayonun Viyən kənd sakini Bağır Cəfərova məxsus ikimərtəbəli, 5 otaqlı 300 kv.m-lik evdə qeydə alınan yanğın nəticəsində evin yanar konstruksiyaları və içindəki əşyalar tamamilə yanıb. Hadisə zamanı ev sahibinin anası, 1925-ci il təvəllüdlü Səbiyyə Cəfərova müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR