Bank Of Baku

Salyanda ölümlə nəticələnən avtomobil qəzası baş verib

Salyanda ölümlə nəticələnən avtomobil qəzası baş verib
# 28 iyul 2008 07:51 (UTC +04:00)
Salyan. Əlibəy Zeynalov - APA. Salyan rayonunun Qarabağlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Salyan rayon Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, rayonun Yenikənd kənd sakini Salmanov Zamin Şirxan oğlunun idarə etdiyi 52-BB-594 dövlət nömrə nişanlı, “QAZ-24” markalı avtomaşın Qarabağlı kənd sakini Mikayılov İlkin Əsəd oğlunun idarə etdiyi 10-UD-551 dövlət nömrə nişanlı, “BMW” markalı avtomaşınla toqquşub. Nəticədə “QAZ-24”-ün sərnişini, Yenikənd kənd sakini Əliyev Xəyyam İxtiyar oğlu həlak olub. Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR