Bank Of Baku

FHN əməkdaşı Nərimanov rayonunda 29 yaşlı qadının özünü dördmərtəbəli binanın damından atmasına imkan verməyib – YENİLƏNİB - 1

FHN əməkdaşı Nərimanov rayonunda 29 yaşlı qadının özünü dördmərtəbəli binanın damından atmasına imkan verməyib – <font color=red>YENİLƏNİB - 1</font>
# 28 iyul 2008 10:18 (UTC +04:00)
Lent.az həmin şəxsin kimliyini dəqiqləşdirə bilib. Hüquq-mühafizə orqanlarındakı mənbədən bildirilib ki, bu, 1979-cu il təvəllüdlü, Bakı şəhəri, Əliyar Əliyev küçəsi 19, mənzil 20-də yaşayan Həsənova Cəmilə Tofiq qızıdır. 29 yaşlı Cəmilə “Muğanbank”da mühasib işləyir. Cəmilə FHN əməkdaşları və polislərin ona yaxınlaşmasına imkan verməyib, kimsə yaxınlaşarsa, özünü atacağı ilə hədələyib. Cəmilə yanına yalnız FHN-in psixoloqunun yaxınlaşmasına icazə verib. FHN xilasediciləri binanın qarşısına çadır gətirərək, Cəmiləyə özünü ora atmağı təklif ediblər. Lakin o bu təklifdən də imtina edib. Cəmilə ilə bir müddət söhbət aparan FHN psixoloqu fürsət taparaq qəflətən onun üzərinə atılıb, əl-qolunu tutub. Bundan sonra damda olan digər FHN əməkdaşları yaxınlaşaraq, Cəmiləni aşağı düşürüblər.
Azərbaycan fövqəladə hallar nazirinin müavini Faiq Tağızadə jurnalistlərə açıqlamasında Cəmilə Həsənovanı FHN-in xilasedicisi Emin Nəsirovun xilas etdiyini bildirib. Onun sözlərinə görə, hazırda C. Həsənova müvafiq müayinədən keçirilmək üçün psixo-nevroloji xəstəxanaya aparılıb. "Məndə Cəmilə Həsənovanın "Muğanbank"ın işçisi olması haqda hər hansı məlumat yoxdur", - deyə nazir müavini bildirib.
Hüquq-mühafizə orqanlarındakı mənbə bildirir ki, ilkin məlumata görə, intihara cəhdin səbəbi ailə-məişət məsələsidir. Hələlik yalnız onu öyrənmək mümkün olub ki, C. Həsənova nişanlısı ilə aralarında yaranmış problem səbəbindən intihar etmək istəyib. “Muğanbank”dan bildiriblər ki, onların Cəmilə Həsənova adlı işçiləri yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR