Bank Of Baku

Vətəndaş Həmrəyliyi Partiyası prezident seçkilərində iştirak etməyəcək

Vətəndaş Həmrəyliyi Partiyası prezident seçkilərində iştirak etməyəcək
# 28 iyul 2008 10:30 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Vətəndaş Həmrəyliyi Partiyası (VHP) bu ilin payızında keçiriləcək prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, partiyanın ümumrespublika müşavirəsində Seçki Məcəlləsinin demokratik seçkilər keçirmək üçün tələb olunan prinsiplərə cavab vermədiyi, ölkədə normal seçki şəraitinin olmadığı əsas gətirilib və buna görə də VHP-nin seçkidə öz namizədi ilə iştirak etməməsi qərarlaşdırılıb. Qərara əsasən partiya seçkiləri boykot etməyəcək və hər hansı konkret namizədi dəstəkləməyəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR