Bank Of Baku

İnsan alverində təqsirləndirilən iki azərbaycanlı qadına hökm oxunub

İnsan alverində təqsirləndirilən iki azərbaycanlı qadına hökm oxunub
# 28 iyul 2008 11:02 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Tamella Nəsrullayevanın sədrliyi ilə insan alverində təqsirləndirilən Zəkəriyyə Qasımova və Şərafət Əliyevaya hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxslərin hər biri 2 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə təqsirli biliniblər. İttihama görə, onlar gəlir əldə etmək məqsədilə qadınları Türkiyəyə aparıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR