Bank Of Baku

İstanbulda baş verən yol-nəqliyyat hadisəsində bir azərbaycanlı qadın yaralanıb

İstanbulda baş verən yol-nəqliyyat hadisəsində bir azərbaycanlı qadın yaralanıb
# 28 iyul 2008 11:36 (UTC +04:00)
İstanbul – APA. İstanbulda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində bir azərbaycanlı qadın yaralanıb. APA-nın məlumatına görə, 54 yaşlı Adilə Vəlixanlı dünən gecə yerli vaxtla saat 22.00 radələrində Bəyazid məhəlləsindəki tramvay dayanacağına gedib. O, yanındakı kişi ilə mübahisə edərkən hərəkət edən tramvayın güzgüsü azərbaycanlı qadına dəyib. Müvazinətini itirən qadın relsin üstünə yıxılıb və ayaqların dəmirlərin arasına keçib. Hadisə yerinə gedən xilasedicilər qadını xilas edə biliblər. Yüngül yaralanan A. Vəlixanlı xəstəxanaya çatdırlıb. Hadisə baş verərkən A. Vəlixanlının sərxoş olduğu bildirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR