Bank Of Baku

Azərbaycan paytaxtında gün vuran vətəndaşların sayı 12-yə çatıb

Azərbaycan paytaxtında gün vuran vətəndaşların sayı 12-yə çatıb
# 28 iyul 2008 11:59 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bakıda günvurma diaqnozu ilə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına müraciət edənlərin sayı 12 nəfərə çatıb. Bu barədə APA-ya məlumat verən Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkiminin operativ işlər üzrə müavini Rauf Nağıyev bildirib ki, günvurma hadisələri iyulun 18-dən 27-dək olan müddətdə baş verib. Stansiyaya müraciət edən sonuncu üç nəfər ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanaya yerləşdirilib. Xəstələrin hamısının vəziyyəti kafi qiymətləndirilib.
R. Nağıyev bu il qeydə alınan günvurma hadisələrinin ötən ildəkindən az olduğunu da söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR