Bank Of Baku

Penitensiar Xidmət 6 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısının alınması faktı ilə bağlı məlumat yayıb

Penitensiar Xidmət 6 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısının alınması faktı ilə bağlı məlumat yayıb
# 28 iyul 2008 13:12 (UTC +04:00)
Bakı – APA. Ədliyyə Nazirliyi Penitensiar Xidməti (PX) 6 saylı cəzaçəkmə müəssisəsinə narkotik vasitə keçirilməsinin qarşısının alınması faktı ilə bağlı məlumat yayıb. PX ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, müəssisədə saxlanılan Bərdə rayon sakini, 1979-cu il təvəllüdlü, Cinayət Məcəlləsinin 177.2.4, 126.2.2, 126.2.4-cü maddələri (oğurluq, qəsdən sağlamlığa ağır zərər vurma) təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edilən Orucov İlqar Tahir oğlu ilə qısamüddətli görüşə gələn həyat yoldaşı, 1978-ci il təvəllüdlü Rüstəmzadə Dürrə Möhübbət qızı məhkuma narkotik vasitə ötürməyə cəhd edib. Müəssisənin nəzarət-buraxılış məntəqəsində D. Rüstəmzadənin əl çantasında gizlətdiyi 6 ədəd ağ rəngli sellofana bükülü 9,384 qram heroin aşkarlanıb. Saxlanılan şəxs və aşkarlanan narkotik vasitə aidiyyəti üzrə Nizami rayon Polis İdarəsinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR