Bank Of Baku

Müdafiə Sənayesi Nazirliyinin anbarından külli miqdarda titan oğurlayan Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıblar

Müdafiə Sənayesi Nazirliyinin anbarından külli miqdarda titan oğurlayan Azərbaycan və Türkiyə vətəndaşları saxlanılıblar
# 28 iyul 2008 13:33 (UTC +04:00)
Bakı – APA. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin «Sənayecihaz» Elm-İstehsalat Birliyinin anbarından 630 kiloqram «Titan S-300» markalı xammalın oğurlanmasında təqsirləndirilən şəxslər saxlanılıblar. MTN ictimai əlaqələr mərkəzindən APA-ya verilən məlumata görə, oğurluq hadisəsini törətmiş həmin istehsalat birliyinin mühafizə əməkdaşları, Azərbaycan vətəndaşları – Yasin Ələsgərov, Etibar Həsənquliyev, Akif Məsimov və bu xammalın satıldığı Türkiyə vətəndaşı, Bakı şəhərində metal qəbulu məntəqəsində işləyən Bilal Hakkı müəyyənləşdirilərək tutulublar. Həmin şəxslər və fakt üzrə toplanılmış materiallar sonrakı araşdırmalar üçün Daxili İşlər Nazirliyinə təhvil verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR