Bank Of Baku

Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndələri Fransa və Belçikada səfərdədirlər

Azərbaycan hüquq-mühafizə orqanlarının nümayəndələri Fransa və Belçikada səfərdədirlər
# 28 iyul 2008 13:51 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Azərbaycan nümayəndə heyəti SCAD Proqramının 5-ci mərhələsi çərçivəsində iyulun 27-də Fransa və Belçikaya səfər edib. SCAD-dan APA-ya verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Azərbaycanda İnterpolun Milli Mərkəzi Bürosunun rəisi, polis general-mayoru Sahib Mirzəyev və təşkilatı analitik şöbənin inspektoru Elçin Orucov, SCAD Proqramının ölkə üzrə rəhbəri Məzahir Əfəndiyev, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəis müavini Səməd Cəfərov, baş prokurorun köməkçisi İlqar Abbasov daxildir. Səfərin əsas məqsədi Avropanın bu sahədə qabaqcıl ölkələrinin təcrübəsini yaxından öyrənmək, hüquq-mühafizə orqanları ilə əməkdaşlığı daha da möhkəmləndirmək, təcrübə və məlumat mübadiləsi aparmaqdır. Səfər avqustun 3-dək davam edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR