Bank Of Baku

Xəzərdə 15 nəfər boğulub

Xəzərdə 15 nəfər boğulub
# 28 iyul 2008 14:59 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya daxil olan məlumatda qeyd edilir ki, son günlər havaların anomal isti keçməsi ilə əlaqədar SN-nin Təcili Tibbi Yardım Xidmətlərinə günvurma, ilan sancmaları və dənizdə boğulma faktlarına görə müraciətlər artıb. İyulun 18-dən 27-dək 12 günvurma halı ilə bağlı müraciət daxil olub. Ürəkbulanma, baş ağrısı, ürək keçmələrindən şikayətlənən xəstələrin beşinin vəziyyəti orta-ağır qiymətləndirdiyi üçün xəstəxanalara yerləşdirilib. Digərləri isə operativ tibbi yardım göstərildikdən sonra evə buraxılıb. 17-35 yaş hədlərində olan xəstələrin əksəriyyəti kişidir, onlardan yalnız biri azyaşlı uşaqdır.
İyunun 13-dən iyulun 27-dək isə dənizdə boğulma halları ilə 23 müraciət daxil olub, 15 nəfər ölüb.
Mayın 26-dan iyulun 28-ə kimi Təcili Tibbi Yardım Xidmətlərinə ilan sancmalarla əlaqədar 15 nəfər müraciət edib. 23-40 yaş həddində olan xəstələr Təcili Tibbi Yardımın əməkdaşları tərəfindən operativ toksikologiya şöbələrinə çatdırılıblar. Ölüm faktı qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR