Bank Of Baku

İngiltərə vətəndaşının evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub

İngiltərə vətəndaşının evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub
# 28 iyul 2008 15:45 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Həsən Əliyevin sədrliyi ilə Azərbaycanda yaşayan İngiltərə vətəndaşının evindən oğurluq etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub. APA-nın məlumatına görə, məhkəmənin hökmü ilə Sənan Cabbarov 9 il, Zamiq Səlimov və Ramil Babayev isə 3 il müddətinə azadlıqdan məhrum olunublar. İttihama görə, təqsirləndirilən şəxslər Bakıda yaşayan İngiltərə vətəndaşı Nikolas Harell Sepin evindən 100 dollar, 70 avro, 10 funt-sterlinq, 25 manat pul, 1 ədəd mobil telefon və 2 ədəd kompüteri oğurlayıblar. Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR