Bank Of Baku

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri həbsdə olan boksçu ilə görüşüb

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri həbsdə olan boksçu ilə görüşüb
# 28 iyul 2008 16:22 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şüvəlanda yerləşən 3 saylı istintaq təcridxanasında olub. E. Behbudov APA-ya boks üzrə Sidney Yay Olimpiya Oyunlarının bürünc medalçısı Vüqar Ələkbərov, əxlaqsızlıq yuvası təşkil etməkdə təqsirləndirilən Elçin Həsənov və narkotik vasitələrin satışında təqsirləndirilən Xaçmaz rayon sakini Nizaməddin Piriyevlə görüşdüyünü deyib. Təqsirləndirilən şəxslər saxlanma şəraitindən narazılıq etməsələr də, onlar qondarma ittihamlar əsasında həbs olunduqlarını bildiriblər: “Mən artıq onların işi ilə bağlı prezident İlham Əliyev və daxili işlər naziri Ramil Usubova müraciət etmişəm”. E. Behbudov daha sonra Əzizbəyov Rayon Polis İdarəsinin müvəqqəti saxlanma təcridxanasında monitorinq keçirib. Komitə sədrinin sözlərinə görə, müvəqqəti saxlanma təcridxanasında ciddi nöqsan aşkarlanmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR