Bank Of Baku

“Azəristar” müsabiqəsinin insan alverində təqsirləndirilən iştirakçısının məhkəmə istintaqı yekunlaşıb

“Azəristar” müsabiqəsinin insan alverində təqsirləndirilən iştirakçısının məhkəmə istintaqı yekunlaşıb
# 28 iyul 2008 16:25 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə hakim Fikrət Qəribovun sədrliyi ilə insan alverində təqsirləndirilən 2006-cı ildə “Azəristar” mahnı müsabiqəsinin iştirakçısı olmuş Rüstəm Əlişanovun və Bakı şəhər sakinləri - Təranə Muradovla Aygün İsayevanın cinayət işi üzrə qapalı məhkəmə prosesi keçirilib. APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs qismində R. Əlişanov ifadə verib. O, ittiham üzrə özünü təqsirli bilməyib. Şahidlər ifadə verəndən sonra məhkəmə istintaqı başa çatıb. Avqustun 5-də dövlət ittihamçısı təqsirləndirilən şəxslərə cəza istəyəcək.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 144-1.2.1 və 144-2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən iki və ya daha çox şəxs barəsində insan alveri) maddəsi ilə ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR