Bank Of Baku

Azərbaycanın Ucar rayonunda diabetli xəstələrə qlükometr cihazlarının verilməsinə başlanılıb

Azərbaycanın Ucar rayonunda diabetli xəstələrə qlükometr cihazlarının verilməsinə başlanılıb
# 30 iyul 2008 02:07 (UTC +04:00)
Ucar. Zahid Abışov – APA. Ucar Mərkəzi rayon Xəstəxanasında diabetli xəstələrə qanda şəkəri fərdi şəkildə ölçən qlükometr cihazlarının verilməsinə başlanılıb. APA-nın mərkəzi aran bürosunun məlumatına görə, rayonda qeydiyyatda olan xəstələrə ümumilikdə 979 cihaz veriləcək. Xəstələr bu cihazın köməyi ilə qanlarında şəkərin miqdarına fərdi qaydada nəzarət etmək imkanı tapacaqlar. Qeydiyyatda olan bütün şəkərli diabet xəstələrinin sözü gedən cihazla təmin edilməsi nəzərdə tutulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR