Bank Of Baku

Azərbaycanda “Bakcell”in Makedoniya vətəndaşı olan menecerinin cəzası azaldılıb

Azərbaycanda “Bakcell”in Makedoniya vətəndaşı olan menecerinin cəzası azaldılıb
# 30 iyul 2008 08:33 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Əli Seyfəliyevin sədrliyi ilə “Bakcell” şirkətinin meneceri, Makedoniya vətəndaşı Saşko Todorovskinin apellyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Məhkəmədən APA-ya verilən məlumata görə, onun barəsindəki məhkəmə hökmü qismən dəyişdirilib. Ona Azərbaycan Cinayət Məcəlləsinin (CM) 311.3.3-cü (külli miqdarda törədilməklə rüşvət alma) maddəsi ilə irəli sürülən ittiham CM-nin 178-ci (dələduzluq) maddəsi ilə tövsif olunub və Makedoniya vətəndaşı 7 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, S. Todorovski Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum olunmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR