Bank Of Baku

Azərbaycanın Hacıqabul rayonunda arvad ərini bıçaqlayıb

Azərbaycanın Hacıqabul rayonunda arvad ərini bıçaqlayıb
# 30 iyul 2008 09:07 (UTC +04:00)
Hacıqabul. Əlibəy Zeynalov – APA. Hacıqabulda bıçaqlanma hadisəsi baş verib. Hacıqabul Rayon Polis Şöbəsinin rəis müavini Elşad Məmmədovun APA-nın Mil-Muğan bürosuna verdiyi məlumata görə, Nizami küçəsi 11-də yaşayan 1969-cu il təvəllüdlü Osmanova Məhruzə Mircəfər qızı ailə münaqişəsi zəminində həyat yoldaşı, 1969-cu il təvəllüdlü Osmanov Əli Əlihüseyn oğlunu bıçaqlayıb. Yaralı Hacıqabul Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. M. Osmanova saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR