Bank Of Baku

Azərbaycanın Cəlilabad rayonunda 70 yaşlı kişi həmyerlisini güllələyib

Azərbaycanın Cəlilabad rayonunda 70 yaşlı kişi həmyerlisini güllələyib
# 30 iyul 2008 10:23 (UTC +04:00)
Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad şəhər sakini, 1938-ci il təvəllüdlü Şükür Məmmədrza oğlu Müradov odlu silahdan atəş açaraq həmyerlisi, 1988-ci il təvəllüdlü Rəşad Əsgər oğlu Babayevi yaralayıb. Cəlilabad Rayon Prokurorluğundan APA-nın cənub bürosuna bildirilib ki, hadisə Cəlilabad şəhərinin kənarında, Ş. Muradova məxsus torpaq sahəsində baş verib. R. Babayevin mal-qarasını onun əkin sahəsinə salmasından qəzəblənən Ş. Muradov ov tüfəngindən atəş açaraq 20 yaşlı gənci sağ qolundan yaralayıb. R. Babayev xəstəxanaya yerləşdirilib, Ş. Muradov isə həbs olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.1 (qəsdən adamöldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR