Bank Of Baku

Azərbaycan paytaxtındakı Əbu Bəkir məscidində oğurluq baş verib

Azərbaycan paytaxtındakı Əbu Bəkir məscidində oğurluq baş verib
# 30 iyul 2008 12:37 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Nərimanov rayonunun Bünyadzadə küçəsində yerləşən Əbu Bəkir (Cümə) məscidində oğurluq faktı qeydə alınıb. Nərimanov Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, oğurluğu törədən Qax rayon sakini Vasif Əzizov saxlanılıb. Onun məsciddə Bakı şəhər sakini Qəhrəman Cabbarova məxsus 2 ədəd mobil telefonu oğurladığı müəyyənləşdirilib. Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR