Bank Of Baku

Azərbaycanda ittiham olunan İran vətəndaşının cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb

Azərbaycanda ittiham olunan İran vətəndaşının cinayət işi birinci instansiya məhkəməsinə qaytarılıb
# 30 iyul 2008 13:16 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Etibar Nəbiyevin sədrliyi ilə dələduzluqda təqsirləndirilən İran vətəndaşı Roohihir Mohsen Aminin apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin cinayət işinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə qaytarılması barədə qərar çıxarıb. Qərara əsasən, Roohihir Mohsenin cinayət işinə birinci məhkəmə instansiyasında baxılarkən qanun pozuntusuna yol verilib.
Qeyd edək ki, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirli bilinən R. Mohsen Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR