Bank Of Baku

Füzuli sakini ayrı-ayrı vətəndaşların etimadını qazanaraq pul və qızıl-zinət əşyalarını mənimsəyib

Füzuli sakini ayrı-ayrı vətəndaşların etimadını qazanaraq pul və qızıl-zinət əşyalarını mənimsəyib
# 30 iyul 2008 13:52 (UTC +04:00)
Bakı – APA. Füzuli sakininin dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşların pul və qızıl-zinət əşyalarını mənimsədiyi müəyyənləşdirilib. Bu barədə APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Bu il iyulun 15-də Sumqayıt şəhər sakini Pərvanə Qazıyeva şəhər prokurorluğuna müraciət edib. P. Qazıyeva müraciətində Füzuli rayon sakini Naibə Babayevanın onun etimadını qazanaraq 2007-ci ilin iyununda qızıl-zinət əşyalarını aldığını göstərib. Araşdırmalar zamanı N. Babayevanın, ötən il P. Qazıyevadan başqa, Sumqayıt şəhər sakinləri Tamilə Nəzərovanın, Solmaz Əhmədovanın və Ələddin Şükürovun etimadlarını qazanaraq onlardan müvafiq olaraq 5200, 2800 və 5600 dollar alması müəyyənləşdirilib. Faktla əlaqədar şəhər prokurorluğunda cinayət işi başlanılıb, toplanan materiallar Sumqayıt ŞPİ-yə göndərilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR