Bank Of Baku

Masallı sakininin həyətindən çətənə kolu aşkarlanıb

Masallı sakininin həyətindən çətənə kolu aşkarlanıb
# 30 iyul 2008 23:25 (UTC +04:00)
Masallı. Ağəddin Babayev – APA. Masallı rayonunun Qasımlı kənd sakini, 1958-ci il təvəllüdlü Yadigar Xanbala oğlu Abdullayevin evinin həyətyanı sahəsindən kultivasiya yolu ilə becərilmiş 15 ədəd çətənə kolu aşkarlanıb. Bu barədə APA-nın cənub bürosuna Rayon Polis Şöbəsinin rəis müavini Rizvan Quliyev bildirib. Y. Abdullayev saxlanılıb, faktla bağlı cinayət işi başlanılıb. Rəis müavini 15 ədəd çətənə kolunun qurudulması ilə əldə edilən narkotik vasitənin qara bazarda qiymətinin 4000 dollar olduğunu qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR