Bank Of Baku

Azərbaycanda müğənninin qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Azərbaycanda müğənninin qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub
# 30 iyul 2008 15:43 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rauf Əliyevin sədrliyi ilə opera müğənnisi, əməkdar incəsənət xadimi Raziyyə Şirinovanın qardaşını qətlə yetirməkdə təqsirləndirilən Fəxrəddin Şirinovun məhkəməsi başa çatıb. Məhkəmədən APA-ya verilən məlumata görə, F. Şirinov məhkəmənin hökmü ilə 11 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, F. Şirinov bu ilin martın 23-də Gədəbəy rayonunun Qumlu kəndində əmisi Zakir Şirinovu odun parçası ilə başından vuraraq öldürüb. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR