Bank Of Baku

Azərbaycanın Bərdə rayonunun mərkəzi poliklinikasında güclü yanğın olub

Azərbaycanın Bərdə rayonunun mərkəzi poliklinikasında güclü yanğın olub
# 31 iyul 2008 10:09 (UTC +04:00)
Bərdə. Teymur Zahidoğlu – APA. Bu gün səhər saatlarında Bərdə rayon mərkəzi poliklinikasında güclü yanğın olub. APA-nın Qarabağ bürosunun məlumatına görə, dördmərtəbəli binanın dam örtüyündə baş verən yanğın bir neçə saat davam edib. Hadisə yerinə gələn yanğınsöndürənlər çətinliklə olsa da, yanğının qarşısını ala biliblər. Tibbi personalı, sənədləri və bəzi avadanlıqları binadan çıxarmaq mümkün olub. Hadisə nəticəsində xəsarət alan olmasa da, binanın dam örtüyünün xeyli hissəsi yanıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR