Bank Of Baku

“AzAL”ın sabiq əməkdaşlarının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb

“AzAL”ın sabiq əməkdaşlarının apellyasiya şikayəti üzrə məhkəmə başlayıb
# 31 iyul 2008 12:08 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə Azərbaycan Hava Yolları Dövlət Konserninin Aviasiya Təhlükəsizliyi İdarəsinin sabiq rəisi Emil Süleymanov və digər 4 nəfərin cinayət işi üzrə məhkəmənin ilkin iclası keçirilib. Məhkəmədən APA-ya verilən məlumata görə, iclasda prosesin qapalı keçirilməsi barədə qərar çıxarılıb və məhkəmə baxışını avqustun 18-ə təyin edilib.
Qeyd edək ki, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə E. Süleymanov əmlakı müsadirə olunmaqla və 3 il vəzifə tutmaqdan məhrum edilməklə 15 il, Milli Təhlükəsizlik Nazirliyinin sabiq əməkdaşı Rafət Əliyev 3 il, Aviasiya Təhlükəsizliyi İdarəsinin Operativ İdarəetmə Xidmətinin sabiq rəisi Tamerlan Mikayılov və xidmətin sabiq mühəndis-elektronçusu Tahir Əsədzadə 2 il 6 ay, idarənin sabiq mühəndis-proqramçısı Faiq Quliyev isə 2 müddətinə azadlıqdan məhrum ediliblər. Təqsirləndirilən şəxslər bir sıra ağır cinayətlərdə, o cümlədən qanunsuz silah gəzdirməkdə, dövlətə xəyanətdə, ittiham olunurlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR