Bank Of Baku

Müstəqil Türkiyə Partiyasının Azərbaycanda həbs olunan sədr müavinin apellyasiya şikayəti təmin edilməyib

Müstəqil Türkiyə Partiyasının Azərbaycanda həbs olunan sədr müavinin apellyasiya şikayəti təmin edilməyib
# 31 iyul 2008 12:12 (UTC +04:00)
Bakı. Hacı Zeynalov - APA. Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Sahibxan Mirzəyevin sədrliyi ilə ötən ilin oktyabrında Müstəqil Türkiyə Partiyasının Azərbaycanda həbs olunan sədr müavini Mehmet Harun Kayaçı, digər Türkiyə vətəndaşı Gökhan Dəmir və Azərbaycan vətəndaşı Lənkəran Səfərovun Yasamal Rayon Məhkəməsinin hökmündən verildikləri apellyasiya şikayətinə baxılıb. Məhkəmədən APA-ya verilən məlumata görə, təqsirləndirilən şəxslərin apellyasiya şikayət təmin edilməyib.
Qeyd edək ki, Yasamal Rayon Məhkəməsinin hökmü ilə M. Kayaçı və L. Səfərov islah işlərinə məhkum edilib. G. Dəmir isə şərti maliyyə vahidin 500 məbləğində cərimələnib. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilərək, məhkəmə zalından azadlığa buraxılıblar. Təqsirləndirilən şəxslər Azərbaycan Cinayət Məcəlləsinin 168.1-ci (dini məzhəbləri yaymaq və dini ayinlərin icrası adı altında fəaliyyət göstərən ictimai asyişi pozma, yaxud vətəndaşların sağlamlığına zərər vuran və ya formasından asılı olmayaraq vətəndaşların hüquqlarını pozan, habelə vətəndaşların qanunla müəyyən edilmiş vəzifələrini yerinə yetirməkdən yayındıran qrup təşkil etmə, ona rəhbərlik etmə) maddəsi ilə ittiham olunublar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR